CAR-da şaxtaçılar insan əti yeyirlərbackend

CAR-da şaxtaçılar insan əti yeyirlər

Cənubi Afrika Respublikasında bir neçə həftə yerin altında qalan şaxtaçılar yavaş-yavaş xilas edilirlər.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, şaxtadan çıxanlar dərhal həbs olunur. Məsələ təkcə qanunsuz mədənçilklə məşğul olmaqda deyil. Neçə günlərdir yerin altında qalan adamlar həm də insan ətiylə qidalanıblar. İndi həbs edilən şaxtaçıların əksəriyyəti insan əti yeməkdə ittiham edilir.

Xatırladaq ki, bu yaxınlarda 39 qeyri-qanuni mədənçi Stilfonteyndə səthə çıxandan sonra mədənlərdəki dəhşətli iş şəraitindən danışıblar:

“Bizə yerin altında qalanlar məktublar verdilər. Biz onları payladıq. Məktublarda yazılanlar dəhşətli idi. Orada bildirilirdi ki, buradakılar insan əti ilə qidalanır”.

Cənubi Afrikada qeyri-qanuni mədənçilik riskli, eyni zamanda gəlirli işdir. Bir çox mədən şəhərləri tamamilə müxtəlif dəstələrin nümayəndələri tərəfindən idarə olunur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*