Çar Rusiyasını dağıdan RASPUTİN və PUTİN – Masson SSENARİSİbackend

Çar Rusiyasını dağıdan RASPUTİN və PUTİN - Masson SSENARİSİ

Rasputin adı gələndə çox adamın ağlına ilk gələn araqdır. Lakin bu şəxs haqqında Rusiyada çoxlu mif və faktlar var.

KONKRET.az xəbər verir ki, Rasputin Rusiya imperatoru II Nikolayın dostu, çarın həyat yoldaşı Aleksandra Fyodorovnanın məşuqu olub.

Rasputin

1. Rasputin qəlbini şeytana sataraq qara magiya ilə məşğul olub.

1914-cü ildə onu öldürmək istəyən Xioniya Quseva özünü yalançı peyğəmbər kimi təqdim edən kafiri aradan götürmək istədiyini demişdi. Lakin kilsənin Rasputin haqqında belə tərəddüdü olmayıb.

2. Rasputin gələcəyi görə bilirdi.

Ən maraqlı öngörmələrindən biri öz ölümü ilə Romanovlar sülaləsinin sonunun gələcəyini deməsidir. Onların arasında Çar Rusiyasını dağıdan inqilab və üçüncü dünya müharibəsi də var. Halbuki o, yalnız I Dünya savaşının ilk iki ilini yaşayıb.

3. Rasputin masson idi.

Brüsseldəki masson konqresi Romanovlar sülaləsinin axırına çıxmaq yolunda Rasputini faydalı alət sayırdı. Düzü, indi də Rusiya bütün problemlərində günahkar kimi Qərbi görür.

✓ ABŞ Prezidenti Ruzvelt:

“Ruslar massonluq sirrini elə qoruyurdular ki, II Dünya müharibəsi olmasaydı, onların bu təşkilata işlədiyini bilməyəcəkdim”.

Leninin masson layihəsi olduğu çoxlarına məlumdur. Klinton Boris Yeltsinlə görüşən zamanlarda demişdi ki, “Rusiyanın mövcudluğuna icazə verəcəyik. Amma güclü olmasına yox”. Bəlkə də Putin buna görə Qərbdən müəyyən zəmanətlər istəyir. Lakin Səddam Hüseyn və Qəddafinin ölümləri Qərblə problemin yaxşı nəticələnməyəcəyini artıq göstərib.

Putin

1999-cu ilin 9 avqustunda Rusiyanın ilk Prezidenti Yeltsin xalqına telemüraciət zamanı növbəti islahatcıl lider kimi Vladimir Putinin adını çəkəndə Federal Təhlükəsizlik Şurasının bu katibi haqqında çox adam məlumatsız idi. Erik Fordun “Putinin masson izləri” kitabında maraqlı nüanslar var. Müəyyən suallar yaranır:

1. Niyə Putinin hakimiyyət illərində Rusiya əhalisində azalma tempi artıb?

2. Amerikaya güzəştlər niyə edildi? Kuba, Vyetnam bazaları niyə ləğv olundu?

3. Kosmik stansiya niyə batırıldı?

• Putin yaxın ətrafında olan və Rusiya əhalisinin nifrət etdiyi insanları istefaya göndərmir. Həmin komandanın massonlar tərəfindən formalaşdırıldığı deyilir. Rusiyanın hazırda üzləşdiyi sanksiya və çətinliklər isə massonların cəzası kimi qiymətləndirilir. Çünki masson lojalarına aid ölkələr demomratik olmalıdır, əks halda ağır bədəl ödəməli olacaq. Rusiyanın massonluqla əlaqəsini təsdiqləyən ən yaxın keçmiş:

– Qorbaçova SSRİ-nin parçalanması tapşırılmışdı və Mixail özünün müavinlərindən olan Yakavlyova tabe idi. Qorbaçovun Nobel Sülh mükafatına layiq görülməsi böyük lojadan gələn mükafatdır. 1991-ci ildə onun Boris Yeltsini həbs etdirməməsi də hər ikisinin eyni planın tərkib hissəsi olma şübhələrinə əsas verir. Bu ardıcıllığın hələ ki, son davamçısı Putindir. Onun hazırkı siyasəti isə yaxşı heç nə vəd etmir.

Rasputinə imperiyanı yıxıb sovet ittifaqına keçid, Qorbaçova SSRİ-nin yerinə federasiya qurulmasına təkan vermək tapşırılmışdı. O ki qaldı Putinə verilən tapşırığa, burada nüvə savaşı, kütləvi insan qırğını və Rusiyanın müstəqil respublikalara parçalanması ola bilər. Sadəcə, Navalninin həbsi ilə Putin massonların Rusiyada demokratiyaya keçidini ləngitdiyi üçün hazırda Ukrayna savaşında cəza çəkir. Ola bilər ki, bu da onun missiyasına aiddir. Rasputin haqqında maraqlı faktlar SSRİ dağılandan sonra ictimaiyyətə sızdırıldığı üçün Putin barədə də həqiqətləri zamanla biləcəyik.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*