Cavanşir Quliyevlə bağlı yalanı Kamran Həsənli yayıbmış — “Toylar kralı”nın ifşa olunan “peşəkarlığı”…backend

Cavanşir Quliyevlə bağlı yalanı Kamran Həsənli yayıbmış — “Toylar kralı”nın ifşa olunan “peşəkarlığı”...

Bəstəkar Cavanşir Quliyevin “ölüm xəbəri” üzərindən feyk informasiyaların tirajlanması, daha sonra təkzib və təsdiq uğrunda mənasız yarışın aparılması dezinformatorların “at oynatdığını” göstərdi. Medianın əsas prinsiplərindən biri məlumatı bir neçə mənbədən dəqiqləşdirməkdir. Bəzən xəbərin sürəti və rəqabət yanlışıqlara yol aça bilir. Lakin Cavanşir Quliyevlə bağlı yalan yarışı dezinformatorların hətta medianı belə manipulyasiya etdiyi gerçəyini ortaya çıxardı.

Bu dezinformatorlar əsasən sosial şəbəkələrdə fırlanır və az-çox auditoriyası var. Belələri auditoriyanı də məhz sensasiya, yalan və şişirdilmiş xəbərlər hesabına toplaya biliblər. Cavanşir Quliyev haqqında yayılan dezinformasiya isə dezinformatorlardan birini, belə demək mümkünsə, özünü “peşəkar” kimi göstərməyə çalışanlardan olan Kamran Həsənlini ifşa etdi. “Ölüm xəbərini” ilk yayan iki nəfərdən biri idi Kamran Həsənli. Digəri isə prodüser Sultan Mustafayev oldu.

Özünü “peşəkar” adlandıran, hər kəsə jurnalistika dərsi keçən, hətta özündə bütün telekanallara “ağıl vermək” cəsarəti görən Kamran Həsənlinin “feyk” olduğu əslində sirr deyil. Onun televiziya keçmişi də “manıslıqdan” başqa bir şey olmayıb. Məlum “toylar kralı” ilə televiziyaya soxulan Kamran Həsənlinin ən yadda qalan “istedadı” da efirdə oynamağı olub. Lakin o, özünü “peşəkar” kimi təqdim etməkdən çəkinmir. Məşhur bir deyim var: “İnsanın iddiaları potensialından böyük olanda problemlər ortaya çıxır”. Kamran Həsənlinin də iddiaları potensialından böyük olduğu üçün “hərşeyşünas”dan başqa bir şey ola bilməyib.

Gah “şoumen” olur, “media ekspert. Gah “politoloq” olub geosiyasi proseslərdən dəm vurur, gah da…

Təəccüblənməyin, Kamra Həsənli istənilən vaxt ekoloq da ola bilər, həkim də, hərbçi də, geoloq da, hətta istəsə ginekoloq da. Məhz buna görə cəmiyyəti yalan informasiyalarla çaşdırmaqla məşğuldur. Cavanşir Quliyevlə bağlı dezinformasiyanı ortaya atması da bunun sonuncu nümunələrindən biridir, lakin ilki deyil. Çünki Kamran Həsənlinin dediyi sözün, yaydığı məlumatın ən yaxşı halda ikisindən biri yalan olur, əksər vaxt isə heç biri doğru deyil. Amma mediaya “peşəkarlıq” dərsi keçməkdən də çəkinmir. Atalar demişkən, “utanmasan oynamağa nə var ki”.

Kamran Həsənli sözün gerçək mənasında utanmır. Utansaydı, sonunci yalan olan Cavanşir Quliyevlə bağlı xəbərini təkzib edər, ən azı üzr istəyərdi. Amma heç nə olmamış kimi bu yalanı yaydıqdan sonra növbəti yalanların axtarışına çıxıb.

Əslində belə şəxslərin mövcudluğu medianın peşəkarlığına və xəbərin doğruluğuna ciddi risk yaradır. Kamran Həsənlinin ümumiyyətlə efirə çıxması qəbuledilməzdir. Onun sonuncu yalanından da media bu haqda düşünməlidir!

Mənbə: Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*