Cavidan Novruz atasına: “70 yaşın tamam oldu, amma…”backend

Cavidan Novruz atasına: “70 yaşın tamam oldu, amma...”

Bu gün mərhum Xalq artisti, tanınmış aktyor Ramiz Novruzun 70 illik yubileyidir. Oğlu, aktyor Cavidan Novruz atasının xatirəsini xüsusi bir paylaşımı ilə yad edib.

 

KONKRET.az xəbər verir ki, Cavidan Novruz yazıb:

“Bu gün 70 yaşın tamam oldu! Heç vaxt təsəvvür etməzdim ki, sənin bu yaşında sənsiz olacam! Biz isə səni hər zaman gözləyəcəyik — dəxli yoxdur, gəldin ya gəlmədin! Sən hər zaman gözləniləcəksən. Sənin sənətini, bacarığını, peşəkarlığını — hər şeyi bir kənara qoyuruq. Bizə bu itkinin ən çox təsir edən tərəfi o idi ki, sən yaxşı ata və yaxşı adam idin. Bir qram mənfi tərəfin olsaydı, bunları yazmazdım. Səninlə görüşmək ümidi ilə…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*