Çavuşoğlu bu ölkənin naziri ilə rus dilində danışdıbackend

Çavuşoğlu bu ölkənin naziri ilə rus dilində danışdı

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Ankarada bir mətbuat konfransında çıxış edərək Konqolu həmkarı Jean-Claude Qakossoya rus dilində müraciət edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, Qakosso Türkiyədə işgüzar səfərdədir.

Çavuşoğlu, ortaq mətbuat konfransları bitdikdən sonra Qakossoya müraciət edərək rus dilində “Çox sağ olun” deyib.

Bundan əvvəl Çavuşoğlu, rus dili biliklərini elə bir səviyyəyə gətirdiyini, Rusiya prezidenti Vladimir Putinlə görüşərkən rus dilində zarafat edə biləcəyini bildirmişdi.

Qakosso 1983-cü ildə Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub, bundan sonra ölkəsində müxtəlif illərdə yüksək vəzifələrdə çalışaraq uğurlu siyasətçi kimi yetişib.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*