Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 06-sı saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qudiyalçayda 5 sm, Vəlvələçayda 4 sm, Qarasuçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 12 sm, Kür-Surrada 21 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankə və Kür-Salyanda 13 sm artım qeydə alınıb.