“Cəbhədəki “Vaqner” məhbuslar çeçenlərlə əvəzlənəcək” – BLOOMBERGbackend

"Cəbhədəki "Vaqner" məhbuslar çeçenlərlə əvəzlənəcək" - BLOOMBERG

Rusiya hakimiyyəti ölkədə tam səfərbərlikdən qaçmaq üçün Ukraynaya daha çox məhbus və çeçen hərbçi göndərmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg Avropa kəşfiyyatındakı mənbələrə istinadən yazır.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Rusiya ordusunda kadr çatışmazlığı mayın sonunda “Vaqner” PMC-nin Baxmutdan ayrılmasından sonra yaranıb və bu da öz növbəsində rus hərbçilərini bu istiqamətə əlavə resurslar köçürməyə məcbur edib.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi məhbuslar da daxil olmaqla 15 minə yaxın insanı işə götürməklə, çatışmazlığı doldurmaq niyyətindədir. Agentliyin mənbələri zaman keçdikcə Rusiya ordusunda daha çox məhbusun lazım olacağını istisna etmir.

Bundan əlavə, Avropa kəşfiyyat rəsmiləri hesab edirlər ki, Rusiya Çeçenistandan Ukraynaya daha çox qoşun göndərəcək, Eyni zamanda, Çeçenistanın nə qədər əlavə qüvvə təmin edə biləcəyi də qaranlıq olaraq qalır. 2023-cü ilin mayında respublikanın rəhbəri Ramzan Kadırov bildirib ki, artıq 7 min çeçen əsgəri Ukraynada döyüşür, daha iki min yarıma yaxın isə təlim keçib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*