Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaqbackend

Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq

Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi 6 məhəllədən – 33 binadan ibarət olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib.

Məlumata görə, binalar 4-5 mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin 2-3 otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulub.

Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşdırılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*