Bu gün saat 16:00 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alan 1967-ci il təvəllüdlü Xanlar Aslanov haqqında təfərrüatlar məlum olub.
KONKRET.az-ın məlumatına görə, Xanlar Aslanovun bir ayağı amputasiya olunub. Onun vəziyyəti ağır olaraq qalır.
Onu da qeyd edək ki, Xanlar Aslanov I Qarabağ müharibəsində şəhid olmuş Novruz Fazil oğlu Aslanovun qardaşıdır. Hazırda Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbi onun adını daşıyır. /Musavat.com