Çeçenistanda Ramzan Kadırovun xəstəliyi barədə informasiya təkzib edildibackend

Çeçenistanda Ramzan Kadırovun xəstəliyi barədə informasiya təkzib edildi

Koronavirusla Mübarizə üzrə Əməliyyat Qərargahının rəisi Maqomed Daudov Çeçenistan rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxması barədə xəbərləri təkzib etdi.

KONKRET.az xəbər verir ki, o, respublikanın rəhbəri Ramzan Kadırovun sağlam olduğunu dedi.

“Sadəcə  müxtəlif dedi-qodular var. Onun haqqında yazılanların və söylənilənlərin hamısı yalnışdır”. Daudov bildirdi.

Onun sözlərinə görə, bir qrup insan olmayan şeyin həyata keçməsi üçün nağıllar uydurur.

“Bütün bunlar həqiqətə uyğun deyil. Bilirəm ki, insanlar bu şayiələrdən narahatdırlar və sizi əmin etmək istəyirəm: hər şey yaxşıdır” dedi.

Bu yaxınlarda mediada Ramzan Kadırovun Moskvadakı bir xəstəxanada müalicə edildiyi bildirildi. Həmçinin mediada Çeçenistan rəhbərinin koronavirusda şübhəli bilinməsi barədə məlumatlar yayılmışdı.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*