Amazon onlayn pərakəndə satış şirkətinin və “Blue Origin” aerokosmik şirkətinin qurucusu Ceff Bezos Donald Tramp və İlon Maskdan öz şirkətinə qarşı hər hansı təhlükə görmür: “Elon açıq şəkildə bildirdi ki, o, bunu şəxsi mənfəət üçün deyil, ictimai maraqlar üçün edir. Və mən onun sözlərini nominal kimi qəbul edirəm”.
KONKRET.az xəbər verir ki, Ceff Bezos bunu “Reuters” ə müsahibəsində deyib .
Bezos əlavə edib ki, o, Maskın Trampla münasibətindən “Blue Origin”ə xələl gətirmək üçün istifadə etdiyini düşünmür. O, gələcək Amerika administrasiyasının kosmik proqramı ilə bağlı optimist olduğunu vurğulayıb.
Politico daha əvvəl yazmışdı ki, Maskın Trampla yaxınlığı milyarderin ABŞ kosmik sənayesində monopoliya yaradacağı və “SpaceX” üçün dövlətdən milyardlarla dollar alacağı ilə bağlı narahatlıq yaradır.
Trampın Maskı kabinetində yüksək vəzifəyə təyin etmək niyyətində olduğu barədə məlumatlar da var idi ki, bu da artıq qəbuledilməz hesab olunur.
Vəli Həsənoğlu,
KONKRET.az