Ceki Çan qara kəmərə layiq görüldübackend

Ceki Çan qara kəmərə layiq görüldü

Aktyor və teleaparıcı Ceki Çan karate üzrə qara kəmərin fəxri sahibi olub.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) mətbuat xidməti məlumat yayıb.

Mükafatlandırma mərasimi Nyu-Yorkda “The Karate Kid: Legends” filminin premyerasında baş tutub. Ceki Çan qara kəməri WKF-nin baş katibi Toşihisa Naquradan alıb.

Ceki Çan 2017-ci ildə Oskar mükafatı alıb.

O, tayvanlı aktrisa Lin Fengjiao ilə evlidir. 1982-ci ildə cütlüyün Çanq Zuminq adlı oğlu doğulub. O, Jaycee Çan səhnə adı ilə aktyor və müğənni kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*