2023-cü ilin noyabrında çirkli pulların yuyulması və dələduzluq ittihamı ilə həbs edilən və “Candan bacıları” kimi tanınan fenomenlərdən biri Nihal Candan səhhətindəki ağırlaşmalar səbəbilə yenidən reanimasiyaya aparılıb.
KONKRET.az haberler-ə istinadla xəbər verir ki, həbsdə olduğu müddətdə Anoreksiya Nervoza diaqnozu qoyulan və çəkisi 29 kiloqramadək enən Candan son aylarda səhhətinə görə evə buraxılsa da, müalicəyə müqavimət göstərməkdə davam edib. Dünən axşam isə o, yenidən reanimasiyaya yerləşdirilib.
Ailəsi və vəkillərinin səyləri nəticəsində müvəqqəti olaraq evə buraxılan Candanın müalicə üçün xəstəxanaya köçürülməsi planlaşdırılsa da, psixoloji gərginlik və ruh düşkünlüyü səbəbilə o, prosedurlara qoşulmaqdan imtina edib.
Bacısı Bahar Candan sosial media hesabından verdiyi açıqlamada vəziyyətin ciddiliyinə diqqət çəkərək paylaşım edib:
“Bacımın orqanlarında uğursuzluq olub. Müalicədən imtina edir. Ölmək istəyir.”
Məşhur fenomenin həyatı uğrunda mübarizə davam edir.