Cəlilabadda 10 iribuynuzlu heyvan tələf oldu – FOTObackend

Cəlilabadda 10 iribuynuzlu heyvan tələf oldu – FOTO

Cəlilabadda 10-a yaxın iribuynuzlu heyvan elektrik vurmasından tələf olub.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Zərbiəlli kəndində qeydə alınıb.

Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.

Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Image 1 of 2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*