Cəlilabad rayonunda yanğın başlayıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, alov su-bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatının qamışlıq və quru ot örtüyündə başlayıb.
Küləyin təsiri ilə yanğın sürətlə genişlənib və tüstü bir neçə kilometr məsafədən görünür.
Əraziyə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda alovun ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Hadisənin səbəbi araşdırılır.
