Cəlilabadda məktəbdə YANĞIN – YENİLƏNİBbackend

Cəlilabadda məktəbdə YANĞIN - YENİLƏNİB

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonda yanan məktəb barədə məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonu Cəfərli kənd ibtidai məktəb binasında yanğın hadisəsi baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Hazırda aidiyyəti qurumlar tərəfindən yanğının baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, Cəlilabad rayonu Cəfərli kənd ibtidai məktəbinin modul tipli məktəblə əvəzlənməsi nəzərdə tutulur.

***

 09:46
Cəlilabad rayonunda yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Cəfərli kəndində qeydə alınmış hadisə zamanı ümumi sahəsi 170 kv/m olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 kv/m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*