Cəlilabad rayonunda meşə yanğını qeydə alınan ərazidə helikopterlər müşahidə uçuşu aparacaq.
KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri ötən gündən rayon ərazisindədir.
Həmçinin meşə yanğını olan ərazidə növbətçi yanğınsöndürənlər xidmət aparır.
Qeyd edək ki, iyulun 15-də günorta saatlarında baş verən meşə yanğını axşam saatlarında məhdudlaşdırılıb.