Cəlilabadda quduz inək insanlara hücum etdi — VİDEObackend

Cəlilabadda quduz inək insanlara hücum etdi — VİDEO 

Cəlilabad rayonunda fərdi təsərrüfatda saxlanılan iribuynuzlu heyvanın quduzluğa yoluxduğu bildirilib.

KONKRET.az xəbər verir ki, inəklərdən biri insanlara hücum etməyə cəhd edib.

Hadisə Uzuntəpə kənd sakini Mircəlal Hüseynovun təsərrüfatında qeydə alınıb. Heyvanın sahibi dərhal baytara müraciət edib, baytar həkim isə şübhəli təsərrüfatı nəzarətə götürüb. Xəstə heyvan digərlərindən ayrılıb və bir müddət sonra ölüb.

Bu müddət ərzində heyvanla təmasda olan ailə üzvləri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək quduzluq əleyhinə vaksin vurdurublar.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, regional bölmənin əməkdaşları hadisə yerinə baxış keçirib və müvafiq müayinələr aparılıb. Analiz nəticələrinə əsasən, hadisənin dəqiq səbəbləri müəyyən olunacaq. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam edir.

Qeyd olunur ki, iribuynuzlu heyvanın quduzluğa necə yoluxması hələ dəqiq məlum deyil. Ehtimal olunur ki, yoluxma örüş zamanı baş verib.

Mövzu ilə bağlı daha ətraflı XəzərXəbərin videomaterialını təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*