Su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarıldı – YENİLƏNİBbackend

Su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarıldı - YENİLƏNİB

Cəlilabad rayonunda su bəndində batan şəxsin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, rayon sakini, 2013-cü il təvəllüdlü Səməd Mənsurovun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndində yerləşən su bəndində baş verib.

Faktla bağlı araşdırma aparılır.

19:21

Cəlilabadda su bəndində 1 nəfər batıb, axtarışı aparılır.

KONKRET.az-ın Report-a istinadən məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb.

Hazırda boğulan şəxsin axtarışı aparılır.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*