Cəlilabadda yol qəzası baş verdi, xəsarət alanlar varbackend

Cəlilabadda yol qəzası baş verdi, xəsarət alanlar var

Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, Mehdi Məmmədovun idarə etdiyi “Passat” markalı minik avtomobili ilə Əliqardaş Nəsirovun idarə etdiyi “Megan” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər, 1957-ci il təvəllüdlü Sona Məmmədova, 1958-ci il təvəllüdlü Firudin Aslanov, 1993-cü il təvəllüdlü Xəyalə Muxtarova və 2017-ci il təvəllüdlü Elif Məmmədova xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*