İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.
KONKRET.az xəbər verir ki, tura London derbisi ilə yekun vurulub. “Tottenhem” evdə “Çelsi” ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.
“Tottenhem” – “Çelsi” – 0:2
Qollar: Villian, 12, 45+4-pen.
Bu nəticədən sonra “Çelsi” 32 xalla 4-cü, “Tottenhem” 26 xalla 7-ci pillədə qərarlaşıb. Bir oyun az keçirən “Liverpul” 49 xalla liderdir. “Lester” 39 xalla 2-ci, “Mançester Siti” 38 xalla 3-cüdür.