“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
KONKRET.az-ın məlumatına görə, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırsa, növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda baş tutacaq.