Çempionlar Liqası: “Qarabağ” pley-off mərhələsində ilk oyununa bu gün çıxacaqbackend

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq.

KONKRET.az-ın məlumatına görə, “köhlən atlar” Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.

Qarşılaşma “Ferentsvaroş” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhləsinə qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*