Zəmanəmizin Robinzon Kruzosu, 71 yaşlı Salvu Vella Malta arxipelaqındakı kiçik Komino adasında tək yaşayır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, vaxtilə adada 17 nəfər olub.
Salvu adada özü torpağı becərir və balıq tutur.
“Mən heç vaxt əzab çəkməmişəm, çünki həmişə həyatımı asanlaşdıran şeylər yaratmışam. Mənim internetim sizinkindən daha sürətlidir” – deyə o qeyd edib.
71 yaşlı kişi əlavə edib ki, mütəmadi olaraq adada turistləri qəbul edir.
Onun sözlərinə görə, Kominodan yalnız həkimə və ya ehtiyat hissələri almaq üçün ayrılır.
Salvunun fikrincə, Avropanın heç bir yerində belə sakit yer yoxdur.
@nasdaily He Lives Alone on an Island This man lives on this entire island by himself. With so much free time…he built some really cool stuff! Here is the story of my favorite European man! 🙂 #NasDaily #Malta #alone #freedom #fyp ♬ original sound – Nas Daily
İqbal Rzayev,
KONKRET.az