Cennifer Lopez Rusiyada avqust ayında konsert verməkdən imtina edib.
KONKRET.az Bakupost.az xəbər verir ki, üç ay əvvəl müğənni və onun menecerləri Moskvada şou keçirməyə razılaşıblar. Konsertin tarixi təyin olunub, minimum 1 milyon dollar məbləğində qonorar razılaşdırılıb, hətta niyyət müqaviləsi də imzalanıb.
Amma “Mash” telegram kanalının məlumatına görə, sənətçinin komandası razılaşmalardan sonra düşünmək üçün vaxt istəyib və nəticədə imtina cavabı verib. Səbəb kimi hazırda ölkədə hərbi əməliyyatların getməsi və bunun Lopezin imicinə ciddi reputasiya riski yarada biləcəyi göstərilib.
Məlumata əsasən, Cey Lo özü prinsipcə Rusiyada çıxış etməyə qarşı deyil – amma bu, yalnız Ukrayna ilə münaqişə başa çatdıqdan sonra mümkündür.