Cennifer Lopez Türkiyədə mağazadan qovuldu – FOTObackend

Cennifer Lopez Türkiyədə mağazadan qovuldu - FOTO

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez İstanbul Festivalı çərçivəsində Türkiyədəki konsertindən öncə alış-veriş edərkən gözlənilməz bir hadisə ilə üzləşib.

KONKRET.az milli.az-a istinadla xəbər verir ki, müğənni İstanbulun məşhur ticarət mərkəzlərindən birində, mühafizəçilərinin müşayiəti ilə alış-veriş turuna çıxıb.

Vitrinləri maraqla incələyən Lopez bir neçə mağazada alış-veriş etsə də, bir brend mağazaya daxil olarkən təhlükəsizlik əməkdaşı tərəfindən dayandırılıb.

“Doluyuq” – deyə mühafizəçi bildirib. Lopez isə bu cavaba sakit yanaşaraq “Yaxşı, problem yoxdur” deyib və yoluna davam edib.

Hadisədən bir qədər sonra mağaza əməkdaşlarından biri müğənnini geri dəvət etsə də, Lopez təklifi nəzakətlə rədd edib.

Qeyd edək ki, Cennifer Lopez sabah İstanbulda – Yenikapı Event Hall səhnəsində 4-cü İstanbul Festivalı çərçivəsində böyük bir konsert proqramı ilə çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*