Cənubi Afrikada koronavirusa yoluxanların sayı kəskin artdıbackend

Cənubi Afrikada koronavirusa yoluxanların sayı kəskin artdı

Cənubi Afrikanın Səhiyyə naziri Zveli Mhize ölkədə yeni növ koronavirusa yoluxanların sayının 709 nəfər olduğunu söyləyib.

KONKRET.az xəbər verir ki, bu, son sutka ərzində yoluxma faktlarının kəskin artması deməkdir.

Belə ki, martın 24-də Cənubi Afrikada COVID-19-a yoluxma hallarının sayı 554 idi.

Daha əvvəl Cənubi Afrika Prezidenti Siril Ramafosa bütün ölkə ərazisində 21 günlük karantinin tətbiq olunduğunu açıqlayıb. Məhdudiyyət yalnız tibb işçilərinə, təcili yardım və təhlükəsizlik xidmətləri əməkdaşlarına, həmçinin ərzaq və ilkin ehtiyaclar predmetlərinin istehsalı, paylanması və təchizatı ilə məşğul olanlara şamil edilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*