Cənubi Afrikada şirlər avtomobil yolunda yatır – Yəqin insanların olmadığını başa düşüblərbackend

Cənubi Afrikada şirlər avtomobil yolunda yatır – Yəqin insanların olmadığını başa düşüblər

Cənubi Afrika Respublikasındakı Kruger Milli Parkında şirlər bir zamanlar işləyən magistralda yuxuya gedib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Şəkillər parkın mühafizəçisi Riçard Souri tərəfindən çəkilib. Bu mənzərəni parkda gəzərkən fərq edib. Martın 25-dən etibarən parka karantin qoyulub, ancaq Souri işini davam etdirir.

Deyib ki, ümumiyyətlə belə bir mənzərəni gecə vaxtı parkda heç kim olmadıqda görmək olar, amma indi gündüz orada heç kim yoxdur, buna görə şirlər yatmağa qərar veriblər və deyəsən insanlara heç bir əhəmiyyət vermirlər.

“Şirlər avtomobillərdəki insanlara alışır. Bütün heyvanların piyadalardan instinktiv bir qorxusu var, buna görə də onlara yaxınlaşsan, heç vaxt buna imkan verməzlər” deyə Souri izah edir.

Riçard Souri bu fotoları mobil telefonu vasitəsi ilə avtomobilindən çəkib.

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*