Cənubi Koreya ilə Türkiyə arasında 30 milyard dollarlıq NÜVƏ ANLAŞMASIbackend

Cənubi Koreya ilə Türkiyə arasında 30 milyard dollarlıq NÜVƏ ANLAŞMASI

Cənubi Koreyanın Elektrik Enerjisi Korporasiyası (KEPCO) Türkiyə hökuməti ilə ölkədə dörd nüvə reaktorunun tikintisi üçün 30,7 milyard dollarlıq müqavilə haqqında danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bu barədə “Chunan Ilbo” qəzeti Cənubi Koreya şirkətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, müqavilə 2023-cü ildə imzalana bilər.

Nəşrin məlumatına görə, AES-in Türkiyənin şimalında tikilməsi planlaşdırılır, lakin dəqiq yer göstərilmir.

Qəzet qeyd edib ki, Türkiyə əvvəllər bu atom elektrik stansiyasının tikintisini Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti ilə birgə planlaşdırıb. Şirkət Sinopda atom elektrik stansiyasının tikintisi ilə bağlı Türkiyə ilə danışıqlar aparıb, lakin 2018-ci ildə layihədən geri çəkilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*