Cənubi Koreya bu həftə Şimali Koreyanın son ballistik raket buraxılışına cavab olaraq “Hyunmoo-II” yer-yer raketləri və “Cheongung” yer-hava raketdən müdafiə sistemi ilə canlı atəş təlimləri keçirməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, təlimlər çərşənbə axşamı Şimali Koreyanın bir neçə qısa mənzilli ballistik raketi buraxmasına və cümə axşamı günü yeni “Hwasong-19” qitələrarası ballistik raketinin sınağına cavabdır. Cənubi Koreyanın “Hyunmoo-II” raketi Ordunun Strateji Raket Komandanlığı tərəfindən idarə olunan qısa mənzilli ballistik raketdir. Ehtimal olunur ki, raketin uçuş məsafəsi 1000 kilometrə qədərdir və bu, onun Şimali Koreyanın bütün ərazisini vurmağa imkan verəcək.
Vəli Həsənoğlu,
KONKRET.az