Cənubi Koreya ordusu buna görə xalqdan ÜZR İSTƏDİbackend

Cənubi Koreya ordusu buna görə xalqdan ÜZR İSTƏDİ

Cənubi Koreya Qərargah Rəisləri Komitəsinin rəhbəri Kanq Şin-çul hərbçilərin KXDR-ə məxsus 5 pilotsuz uçuş aparatını vura bilmədiyi üçün ictimaiyyətdən üzr istəyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, KXDR-in dekabrın 26-da buraxdığı PUA-lar Cənubi Koreyanın hava məkana daxil olub və dronlardan biri paytaxt Seula kimi uçub.

O bildirib ki, dronları kiçik ölçülərinə görə aşkar etmək çətin olub.

Qeyd edək ki, Şimali Koreyanın buraxdığı beş pilotsuz təyyarə 2017-ci ildən bəri ilk dəfə iki ölkə arasındakı demarkasiya xətti kimi tanınan ərazini keçə bilib.

Cənubi Koreya hərbçiləri vertolyotlardan onlara 100-ə yaxın atəş açsa da, yeddi saat ərzində dronları vura bilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*