Cənubi Koreya prezidentinin impiçmenti ilə bağlı səsvermə dekabrın 7-də keçiriləcəkbackend

Cənubi Koreya prezidentinin impiçmenti ilə bağlı səsvermə dekabrın 7-də keçiriləcək

Cənubi Koreya parlamentində yerlərin əksəriyyətinə sahib olan “Toburo” bloku dekabrın 7-də prezidentin vəzifədən kənarlaşdırılmasına səs verməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumatda deyilir:“Dekabrın 7-də saat 19.00 radələrində impiçment üzrə səsvermənin keçirilməsi qərara alınıb”. Təşəbbüs təsdiqlənərsə, işə Konstitusiya Məhkəməsi baxacaq. İmpiçment sənədi yerli vaxtla dekabrın 5-də gecə yarısından sonra plenar iclasda təqdim olunduğundan, səsvermənin artıq dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilirdi. Hüquqi qaydalar səsvermənin plenar iclasdan sonra 24 saatdan gec olmayaraq və 72 saatdan gec olmayaraq keçirilməsini tələb edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*