Cənubi Koreya prezidentinin təhlükəsizlik xidmədinin direktoru da həbs edildibackend

Cənubi Koreya prezidentinin təhlükəsizlik xidmədinin direktoru da həbs edildi

Koreya Respublikası polisi Prezidentin Təhlükəsizlik Xidmətinin direktoru Kim Sung Hoonu həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Kim Sung Hoon Seuldakı Milli İstintaq Agentliyinin qərargahında həbs edilib. Kəşfiyyat idarəsinin direktoru üç dəfə dindirilməyə gəlməyib və bu, həbs qərarı üçün müraciət etmək üçün əsas olub.

Kim Sung Hoon hakimiyyət orqanlarına mane olmaqda şübhəli bilinir. Həbs olunmazdan əvvəl o, təhlükəsizliyi təmin etmək üçün qanuni vəzifələrini yerinə yetirdiyini bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*