Cənubi Koreyada ictimai məsafə qaydaları tətbiq ediləcəkbackend

Cənubi Koreyada ictimai məsafə qaydaları tətbiq ediləcək

Cənubi Koreyada koronavirus infeksiyası ilə yoluxma sayının yenidən artması ilə əlaqədar üç pilləli sosial məsafə sistemi tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Koreya Respublikası Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin təşkilatçılığına görə, bu sistem müxtəlif dərəcələrdə məhdudiyyətləri təmin edəcəkdir.

Birinci səviyyə yeni infeksiyaların sayı şəhərin tibb müəssisələri üçün “əlverişli” olduqda baş tutacaq. Ardıcıl 14 gün ərzində yoluxanların sayı 50-100 arasında olarsa, ikinci səviyyəyə start veriləcək.  Gündəlik yeni infeksiyaların sayı 100-ü keçərsə, üçüncü səviyyə tətbiq ediləcək.

Hal hazırda Seul da daxil olmaqla Cənubi Koreya sosial məsafənin birinci pilləsinə sahibdir. Ölkədə çimərliklər və akva parklar açıqdır və bu həftə də idman yarışları zamanı azarkeşlərin qismən arenaların tribunalarına qəbuluna başlamaq planlaşdırılır.

Səviyyə ikinciyə qaldırılarsa, kütləvi tədbirlər yenidən məhdudlaşacaq: otaqda 50-dən çox adam, təmiz havada 100-dən çox olmayacaq.

Üçüncü səviyyədə 10-dan çox insanın iştirak etdiyi hər hansı bir tədbir məhdudlaşacaq və təhsil müəssisələri yenidən bağlanacaq.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*