Cənubi Koreyanın keçmiş prezidenti üsyana rəhbərlik etməkdə ittiham edilirbackend

Cənubi Koreyanın keçmiş prezidenti üsyana rəhbərlik etməkdə ittiham edilir

Cənubi Koreya prokurorları ölkənin devrilmiş prezidenti Yoon Seok-yeol-u ölkədə hərbi vəziyyət elan olunmasında və üsyana rəhbərlik etməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.

Prezident hakimiyyəti öz əlində cəmləşdirmək üçün keçmiş müdafiə naziri Kim Yong-hyun və digər siyasi və hərbi xadimlərlə əlbir olmaqda ittiham olunur. O, hər hansı müharibə, silahlı münaqişə və ya oxşar miqyaslı digər böhran əlamətləri olmasa da, ölkədə hərbi vəziyyət elan edib.

Həmçinin güman edilir ki, Yoon Seok-yeol hərbçilərə qanunvericilərin parlamentə daxil olmasına və hərbi vəziyyətin aradan qaldırılması üçün səsvermənin qarşısını almağı əmr edib. Həmçinin ölkədə əsas məmurların həbsini planlaşdırıb. Cənubi Koreya qanunlarına görə, üsyana cəhd ömürlük həbs və ya ölümlə cəzalandırılır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*