Cənubi Qafqaz ölkələri bundan narahat olmalıdır – Rusiya-İran planı İŞƏ DÜŞDÜbackend

Cənubi Qafqaz ölkələri bundan narahat olmalıdır - Rusiya-İran planı İŞƏ DÜŞDÜ

“İran Cənubi Qafqaz siyasətini olduqca yanlış istiqamətlər üzrə davam etdirir. Hətta bu, iflasa məhkum bir siyasətdir. Çünki İran Cənubi Qafqaz ölkələrinin öz maraqlarına uyğun fəaliyyət göstərməsinə çalışır. Bu, mümkün olan məsələ deyil”.

Bu fikirləri KONKRET.az-a politoloq Elçin Xalidbəyli səsləndirib:

Ölkəmiz öz yeni tarixinin önəmli səhifələrini yazır"-Elçin Xalidbəyli

“İran istəyir ki, Azərbaycan, Gürcüstan və Ermənistana diqtə etsin. Ancaq Tehranın nə belə gücü, nə də imkanı var. İndi Zəngəzur dəhlizi ilə bağlı hüquqi sənədlər mövcuddur. Zəngəzur dəhlizi açılacaq və bu dəhlizə ABŞ-ın şirkətlərindən biri nəzarət edəcək. 99 il ərzində bu dəhliz ABŞ tərəfindən icarəyə götürüləcək. İranı narahat edən əsas faktor məhz budur. Çünki ABŞ Cənubi Qafqaza Ermənistan ərazisindən yerləşmiş olacaq. Fərqli dillə izah etsək, ABŞ Ermənistanda İranla həmsərhəd olacaq. Bu prosesin qarşını almaq üçün əvvəllər Azərbaycana təzyiq göstərilirdi. İndi Ermənistanı da hədəfə almağa başlayıblar. Belə qənaətə gəlmək olar ki İran-Ermənistan münasibətləri böhranlı mərhələyə keçəcək”.

Politoloqun sözlərinə görə, Cənubi Qafqaza ölkələri yalnız iki dövlətin, İran və Rusiyanın müdaxiləsindən narahat olmalıdır:

“Bu müdaxilə onların özlərinin fəlakətinə səbəb ola bilər. ABŞ Zəngəzur dəhlizi üzərindən qlobal nəqliyyat-kommunikasiya marşrutuna nəzarət etmək niyyətindədir. Avropa birliyi və Asiya ölkələri Zəngəzur dəhlizi vasitəsilə iqtisadi-ticarət əlaqələrini genişlətmək istəyirlər. Digər məsələlərdə isə bir problem yoxdur. Hazırda ABŞ, Avropa birliyi və Çin kimi Asiya dövlətləri Cənubi Qafqaza tranzit məkan kimi baxır. Yeganə problem Rusiya və İranın bu prosesə kobud müdaxiləsidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*