Cənubi Qafqaz TƏHLÜKƏDƏ: Moskva, Paris və Tehranın GİZLİ PLANI NƏDİR? backend

Cənubi Qafqaz TƏHLÜKƏDƏ: Moskva, Paris və Tehranın GİZLİ PLANI NƏDİR? 

“Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlanması istiqamətində davamlı  açıqlamalar verir. Heç bir şərt olmadan istənilən üçüncü ölkənin dövlət sərhədində müqavilənin imzalanmasına hazır olduğunu bildirir.”

Bu fikirləri politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında səsləndirib.

Avropa Azərbaycana qoyduğu sərmayəni kəsə bilər? – Kipr məsələsi – TALEH ƏLİYEV şərh edir | Azərbaycan Ümid Partiyası

“Bir neçə ay bundan öncə sülh sazişi ətrafında əldə olunan razılaşmaya görə, ABŞ, Avropa İttifaqı və dünyanın müxtəlif ölkələrindən Azərbaycan və Ermənistan rəhbərliyini alqışlayan açıqlamalar olub. Amma sülh sazişinin imzalanmasının yubadılması Azərbaycanın prinsipial 2 tələbi ilə bağlıdır. Birincisi ATƏT-in MİNSK qrupunun buraxılması, digər isə Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Hələlik Ermınistan tərəfindən bu istiqamətdə müsbət açıqlamalar yoxdur. Sadecə olaraq Ermənistanın baş naziri ölkə Konstitusiyası ilə bağlı çox kəskin bir mövqe ortaya qoyub. O bildirib ki, hazırki Konstitusiya Ermənistan dövlətçiyiliyinin suverenliyinə əsas vermir. Ona görə də, Paşinyan yeni Konstitusiya aktında bu məsələlərə geniş yer veriləcəyini erməni xalqına bəyan edir.”

Politoloq qeyd edir ki, bütün hallarda bu münasibətin Ermənistan tərəfindən sərgilənməsi Azərbaycanla sülh müqaviləsi imzalanacağı anlamına gəlmir.

“Ermənistanda revanşist qüvvələr və kilsənin hazırki rəhbərliyi anti-Türk və anti- Azərbaycan əhval-ruhiyyəsi ilə leqal fəaliyyət göstərir. Belə bir reallıqla Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişinin effektliyini azala bilər. Moskva, Paris, Tehran kimi paytaxtlar hazırki əməkdaşlığın dərinləşdirilməsində yaranan fasilədən istifadə edib, yenidən regionda hərbi münaqişələrin yaranmasına gətirib çıxaracaq addımlar ata bilərlər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*