Çərənləməyin acı nəticələri – Paşinyanın gələcək “mesajları” nə ilə əlaqəlidir?backend

Çərənləməyin acı nəticələri - Paşinyanın gələcək "mesajları" nə ilə əlaqəlidir?

Bir neçə gün əvvəl Nikol Paşinyan günortadan sonra axşam saatlarında televiziya ilə “Koronavirus epidemiyasının yaratdığı sosial-iqtisadi nəticələrin aradan qaldırılması üçün görülən tədbirlər haqqında” çıxış edəcəyini açıqlamışdı. Belə çıxır ki, o, nəsə vacib bir şey söyləyəcək.

KONKRET.az xəbər verir ki, bu fikirləri tert.am saytında Vardjes Sarkisyan adlı şəxs yazıb.

“Sualın rəsmi hissəsini buraxaq. Bu, Yeni il müraciətini xatırlatmaqla yanaşı həm də belə idi: Baş nazirin nitqinin tonu, gördüyü işlərin yekunu. Dünən Baş nazirin televiziyadakı uğursuz görüntüləri çox geniş yayıldı və böyük rezonans doğurdu. İnternetdə isti izlərlə Baş nazirə “hörmətsizlik edən” xainlərin axtarışı başladı.

Əslində bu uğursuz kadrların sızması Baş naziri xilas etdi və uğursuz nitqinin acı təəssüratını “durultdu”.  Və bunu o qədər inandırıcı etdi ki, bir çoxlarında şübhə yaranmadı ki, bu sızmanı Baş nazirin komandasının özü təşkil edib.

Gələcəkdə, Baş nazir xalqa mesaj göndərmək və ya jurnalistlərlə görüşlər təşkil etmək istədikdə, arzuolunmaz suallara cavab verməmək üçün bunu yalnız öz mediası vasitəsi ilə edəcək və addımını “ümidsiz” insanlarla ünsiyyətdə olmaması ilə izah edəcəkdir.

Peşəkar etika baxımından bu sızma yolverilməzdir. O ki qaldı, Paşinyan kimi bir rməmura, ekspromtom istənilən yerdən “canlı yayım”a çıxır, “bir nömrəli bortdan” başlayaraq “bir nömrəli tualetədək”. Pandemiyanın bu ağır günlərində insanların çoxu aclıq ərəfəsində olduqda “Biz eyni evdən deyilik, eyni testdənik” şüarını səsləndirən Baş nazir sarayda yaşayıb onlar üçün belə hesabat hazırlamalıdırmı?

Məzmun baxımından Paşinyanın video mesajı mənasız bir hadisə idi, çünki ictimaiyyətə bu şəkildə müraciət etmək istəyirsənsə, gündə bir neçə dəfə sözünü kəsməməli və “canlı yayımı” bağlamamalısan. Yaxşı xəbərləri bir saniyə əvvəl elan etməyə tələsməlisən və başına bir çələng qoymalısan ki, bir neçə cümləlik yazılı mətni düzəldəsən. Hətta bir fakt diqqətə alınmır ki, belə kalibrli bir məmur belə bir məlumat toplamağı məqsədəuyğun hesab edir.

Ölkədə əməliyyat idarəetmə qərargahının komendantının ofisi fəaliyyət göstərir. Eyni məlumatları Baş nazir, komendant və səhiyyə naziri çatdırır və bir çox hallarda bunlar ziddiyyət təşkil edir.

Səlahiyyətli məmurun nə danışacağı ilə razılaşmaq mümkün deyilmi?

Televiziya vasitəsi ilə koronavirusun sosial-iqtisadi nəticələrini aradan qaldırmaq üçün bütün dövlət proqramlarını ümumiləşdirilmiş bir tonda sadalayacaqsınızsa, bu o deməkdir ki, heç bir yeni proqram planlaşdırılmır və dövriyyədə olanlar cəmiyyət üçün vacib məsələləri həll etmir, Bundan əlavə hər gün təsəvvür etdiklərinizi sadalayırsınız.

İndi nə olacaq? İnsanlar əvvəlki elanlardan təsirlənmir və indi belə bir şən tonda danışandan sonra onlar sevincdən həyəcanlanmalı, bir-birlərini təbrik edib işlərinəmi getməlidirlər? Deyəsən unutduq, indi çoxları işə gedə bilmir, qadağandır.

Hesab edirəm ki, çoxları Baş nazirin bu mesajını səbirsizliklə gözləyirdi, indi gözləntiləri doğruldumu?  Onlar başa düşdülər ki, çətin sosial vəziyyətə düşən iqtisadiyyatımızın, cəmiyyətimizin axırı necə olacaq?

Baş nazir indi fərz edə bilirmi ki, bir çox insanlar pul qazana bilmədiyindən cinayətkarlığa əl atacaq, yemək üçün həbsxanaya gedəcək və hiss edəcək ki, başının üstündə bir damı var.

Biz həbsxanadan azad olunanların azadlığa, həyat tərzinə və işə daha tez uyğunlaşması üçün təbliğat aparırıq. İndi isə bunun əksini etmək lazımdır: azadlıqda özünə çörək qazana bilməyən insanları həbsxana şəraitinə uyğunlaşdırmaq lazımdır ki, daha tez inteqrasiya etsinlər.

İndi Paşinyan növbəti dəfə  televiziya ilə xalqa müraciət edəcəyini elan etsə, buna necə münasibət bəsləməliyik?

Bizə isə Baş nazirə izah etmək qalır ki, qoy danışdığı sözün qiymətini bilsin və yenə də çərənləməsin”.

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*