Çexiya ikinci koronavirus dalğasını elan etdibackend

Çexiya ikinci koronavirus dalğasını elan etdi

Ötən gün ərzində Çex Respublikasında 1541 yeni koronavirus infeksiyası qeydə alınıb ki, bu da pandemiya dövründə ən yüksək göstəricilərdən biridir.

KONKRET.az xəbər verir ki, xəstəliyə yoluxanların əksəriyyəti Praqa şəhərindədir. Ölkənin baş epidemioloqu Roman Primula ölkədə ikinci koronavirus dalğasının başladığını söyləyib.

O, Covid-19 səbəbiylə ağır infeksiya xəstələri üçün xəstəxana tutumunun çatmayacağını qeyd edib.

Mütəxəssislər respublikada gündəlik göstəricilərin artdığını və belə sürətli böyüməni dayandırmaq üçün bu günlərdə sərt tədbirlərə ehtiyac olduğunu vurğulayıblar.

Çex Respublikasında hazırda 36,1 min koronavirus hadisəsi qeydə alınıb, 21,2 min nəfər sağalıb, 456 nəfər ölüb.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*