Çexiya Rusiyadan neft tədarükündən imtina etməyi planlaşdırır.
KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, ölkə “Dostluq” boru kəməri əvəzinə “Transalp”dan istifadə etmək niyyətindədir.
Xəbərdə bildirilir ki, infrastrukturun modernləşdirilməsi üzrə işlər artıq başa çatıb, sınaq və sertifikatlaşdırma işləri qarşıdadır. Agentlik qeyd edir ki, “Transalp” regionundan keçən və İtaliyanın şimal-şərq hissəsini Almaniyanın cənubu ilə birləşdirən neft kəmərinin yenilənməsi onun Çexiya üçün ötürmə qabiliyyətini iki dəfə artırmağa imkan verəcək. “Reuters”in məlumatına görə, neft kəmərinin bu hissəsi altı neft emalı zavodunun, o cümlədən Almaniyanın “Foburq” neft emalı zavodunun fəaliyyətini dəstəkləyir. Oradan yanacaq Mero boru kəmərləri ilə Çexiyanın neft emalı zavodlarına – Litvinovski və Kralupskiyə verilir. Operator ikinci rübdən etibarən tədarükləri artırmaq niyyətindədir.
Vəli Həsənoğlu,
KONKRET.az