Çexiyanın keçmiş baş nazirinə hücum edildibackend

Çexiyanın keçmiş baş nazirinə hücum edildi

Çexiyanın keçmiş baş naziri, ANO partiyasının lideri Andrey Babiş ölkənin şərqindəki Frydek-Mistek bölgəsində seçki mitinqində metal əşya ilə vurulub.

KONKRET.az xəbər verir ki, bu barədə Caliber məlumat yayıb.

Hadisə Dobra şəhərində baş verib.

Naməlum şəxs siyasətçinin başının arxasına zərbələr endirib, bundan sonra Babiş müayinə üçün xəstəxanaya aparılıb. Hələlik nə polis, nə də Babiş hadisə ilə bağlı açıqlama verməyib.

Mitinq iştirakçılarının dediyinə görə, hücum edən təxminən 50 yaşlı kişidir və silah kimi qoltuqağacı istifadə edib.

Polis bir hücumçunu həbs etdiyini bildirib. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, iş ilk növbədə xuliqanlıq cinayəti kimi müəyyən edilsə də, bundan sonra da pozuntuların baş verə biləcəyini istisna etməyib.

Çexiyanın daxili işlər naziri Vit Rakusan hücumu pisləyərək, “Heç bir zorakılıq forması məqbul deyil və heç nəyi həll etmir”, – deyib və Babişə tezliklə sağalmasını arzulayıb.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*