İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 50 nəfər əməkdaş üçün iş yerində davranış mədəniyyəti, işgüzar mülki geyim qaydaları və işgüzar etika ilə bağlı genişmiqyaslı təlimlərin keçirilməsinə başlayır.
KONKRET.az xəbər verir ki, bu məqsədlə uzun illər media sahəsində aparıcı kimi fəaliyyət göstərən və son dövrlər peşəkar bacarıqlarını təlimçi qismində gənclərlə bölüşən Ceyhun Əli ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalanıb. Müqavilə şərtlərinə əsasən, Ceyhun Əliyə təqdim edəcəyi xidmətlər müqabilində 12.840 AZN vəsait ödəniləcək. Qurum kotirovka sorğularının nəticələrini artıq etender portalında yerləşdirib.
Xatırladaq ki, Ceyhun Əli televiziya və media sahəsində illər ərzində qazandığı peşəkar təcrübəni müxtəlif mövzularda gənclərlə bölüşməsi ilə tanınır.
Ceyhun yəgin Vergi Xidmətinin əməkdaşlarına “qreçkaya” qarabaşaq deməyi öyrədəcək. 🙂 Bunun üçün isə göstərilən məbləğ çox və lap çoxdur.