Ceyranbatanda qaz kəsiləcəkbackend

Ceyranbatanda qaz kəsiləcək

Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

KONKRET.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, saat 13:00-dan işlər başa çatana qədər Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan zaman qəsəbədə qaz kəsiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*