Türkiyədə əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) fövqəladə iclası keçiriləcək.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, toplantının əsas mövzusu PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırışı olacaq.
Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarını təslim olmağa çağırıb.