Çilidə 6,4 maqnitudalı zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə, ocağı isə Yerin 76,6 kilometr dərinliyində yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.