Çilidə meşə yanğınları nəticəsində iki nəfər öldü – 30 yaralı varbackend

Çilidə meşə yanğınları nəticəsində iki nəfər öldü - 30 yaralı var

Çilinin Vina del Mar kurort şəhərində meşə yanğınları nəticəsində azı iki nəfər ölüb, daha 30 nəfər yanıq xəsarətləri alıb.

KONKRET.az bu barədə “Euronews”a istinadən xəbər verir.

Şəhərdə 130-a yaxın ev tamamilə dağılıb.

Yanğın saatda 50 km-ə çatan güclü küləyin təsirindən sürətlə yayılaraq, təxminən 125 hektar ərazini əhatə edib. Bir neçə rayonun sakinləri təxliyə edilməli olub.

Çili Prezidenti Qabriel Boric ölkədə fövqəladə vəziyyət elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*