Çılpaq amerikalı avtomobilin içində rəqs etdi və polisi dişlədibackend

Çılpaq amerikalı avtomobilin içində rəqs etdi və polisi dişlədi

ABŞ-ın Tennessi ştatında yaşayan Mişel Tomas adlı 34 yaşlı qadın çılpaq halda yad bir avtomobilə minib, orada rəqs edib, tutulma zamanı polisi dişləyib. Nəticədə o, həbs olunub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Scoop nəşri yayıb.

Qadın asayiş keşikçilərinin aşağı enib geyinmək istəyinə cavab verməyib, ancaq onu güclə maşından çıxartmalı olublar. Onun qollarını qandalladıqdan sonra polis maşınına mindiriblər. Bu zaman Tomas maşının pəncərəsini sındırıb və çıxmağa çalışıb.

Polislərdən biri əlini xuliqanın çiyninə qoyaraq salonda saxlamaq istəyib,  amma tutulan şəxs polisin sağ qolunu dişləyib. Dişlək yeri qızarıb, şişib və zədə yerində qan görünüb.

Mişel Toması qayışla bağlamalı olublar.

Qadın həbs edilərkən polisə müqavimətdə və xuliqanlıqda ittiham olunaraq həbs edilib.

Amerikalı beş min dollar girov ödəmək hüququna malikdir.

İstintaq davam edir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*