Dünəndən internetdə reper Super Sako və estrada müğənnisi Anahit Simonyanın iştirakı ilə videolar yayılıb.
KONKRET.az xəbər verir ki, Anahitin yarıçılpaq şəkilləri erməni cəmiyyətində ciddi tənqidlərə məruz qalıb.
“Əgər mənim geyim tərzimi bəyənmirsinizsə, bu sizin probleminizdir və mən sizin istədiyiniz kimi geyinməli və ya yaşamalı deyiləm. Çünki sizi heç tanımıram. Hər kəs öz həyatını istədiyi kimi geyinərək yaşamalıdır. Həyatıma kişi girsə, sizi inandırıram, onu heç vaxt İnstaqramda görməyəcəksiniz. Çılpaq və sərbəst həyatını yaşamaq istəyən qızam. Bu isə mənim seçimimdir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az