Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan VAZ-21074 markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayevi saxlayıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Mustafayev sürücülük hüququ 1 il məhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.