Çimərlikdən qum götürən turist 1000 avro cərimələndibackend

Çimərlikdən qum götürən turist 1000 avro cərimələndi

İtaliyadakı bir çimərlikdən 2 kilodan çox ağ qum götürən turist 1000 avro cərimələnib.

KONKRET.az xəbər verir ki, məlumatı CNN telekanalı yayıb.

Sardiniyadakı Cagliari Elmas hava limanında olan şəxs çantasında 2,4 kilo qum ilə tutulub.

Sardiniya Meşə Mühafizəçilərinin mətbuat xidməti məlumatı təsdiqləyib.

2017-ci ildə İtaliyanın Sardiniya çimərliklərindən qumun çıxarılmasının qanunsuz sayıldığı bir qanun qəbul edilib.

Bu qanunu pozanlar üçün cərimə 500 ilə 3000 avro arasındadır.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*